Haqqımızda

Haqqımızda

Tesar 2012-ci ildə qurulan, yanğın təhlükəsizliyi sistemlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərən bir Türkiyə şirkətidir. Şirkət, sektorda uzun illərə dayanan təcrübəsini, 2023-cü ildən etibarən, Azərbaycan bazarında da paylaşaraq fəaliyyət sahəsini genişləndirmişdir.

Sulu, quru, qazlı, köpüklü yanğın söndürmə avadanlıqlarının istehsalı, satışı və distributorluğu ilə yanaşı müştərilərinə istilik, soyutma və havalandırma sistemlərində istifadə olunan müxtəlif siyirtmələr, klapanlar, kaplinlər, mapres və mepla məhsullarını da təklif edir.

Həmçinin sifonik yağış suyu drenaj sistemlərinin layihələndirilməsi və quraşdırılması kimi sahələrdə xidmətlər göstərir.

Keyfiyyətə önəm verməsi və müştəri mərkəzli yanaşması ilə tanınan Tesar, təcrübəli işçiləri və dəyərli müştəriləri ilə birlikdə hərəkət edərək ehtiyacları ən yaxşı şəkildə qarşılayır.