Skip to content Skip to footer
Haqqımızda

Tesar Azərbaycan

2012-ci ildə Türkiyədə təsis edilən Tesar, yanğın təhlükəsizliyi sistemlərinin istehsalı və satışı sahəsində ixtisaslaşmış qabaqcıl şirkətdir. Sənayedəki illərin təcrübəsini 2023-cü ildən etibarən Azərbaycan bazarına da daşıyan Tesar, fəaliyyət sahəsini regionda daha da genişləndirmişdir.

Tesar, sulu, quru, qazlı və köpüklü yanğınsöndürmə sistemləri üzrə geniş məhsul çeşidinə malikdir. Şirkət bu sistemlərin yalnız istehsal və satışını deyil, eyni zamanda distributorluq və texniki dəstək xidmətlərini də təmin edir.

Yanğın təhlükəsizliyindən əlavə, Tesar müştərilərinə isitmə, soyutma və havalandırma sistemləri üçün siyirtmələr, klapanlar, kaplinlər, mapres və mepla kimi mühüm komponentlər də təqdim edir. Eyni zamanda, sifonik yağış suyu drenaj sistemlərinin layihələndirilməsi və quraşdırılması sahəsində də yüksək keyfiyyətli həllər təklif edir.

Keyfiyyətə verdiyi önəm, müştəri mərkəzli yanaşmasıtəcrübəli peşəkar komandası sayəsində Tesar, hər layihədə fərq yaradır. Şirkət, etibarlı tərəfdaşlıq və davamlı inkişaf prinsipləri ilə müştərilərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayır.

Missiyamız

Təhlükəsizlik və mühəndislik sahəsində beynəlxalq standartlara uyğun, etibarlı və innovativ məhsullar təqdim edərək, müştərilərimizin həyat və mülkiyyətini qorumaq.

Vizyonumuz

Yanğın təhlükəsizliyi və texniki sistemlər sahəsində ölkənin və regionun lider brendlərindən birinə çevrilmək, yenilikçi yanaşmalarla sektorda davamlı inkişafa töhfə vermək.

Duyar və Tesar

Güvənə dayanan

strateji əməkdaşlıq

strateji əməkdaşlıq

1965-ci ildən fəaliyyət göstərən Duyar, yanğın təhlükəsizliyi və texniki avadanlıqlar sahəsində Türkiyənin ən tanınmış və etibarlı markalarından biridir. Yarım əsrə yaxın təcrübəsi, yüksək texnoloji imkanlara sahib istehsalat gücü və davamlı innovasiyaya əsaslanan yanaşması ilə bu gün 85-dən çox ölkəyə ixrac edən qlobal şirkətə çevrilmişdir.

İstanbul Esenyurtda yerləşən 15.000 m²-lik istehsalat sahəsi8.000 m²-lik avtomatlaşdırılmış tökmə zavodu ilə Duyar, məhsulların dizaynından istehsalına, testindən montajına qədər bütün prosesləri öz komandası ilə həyata keçirir. Bu, şirkətə keyfiyyətə tam nəzarət və müştərilərinə daha güvənli həllər təqdim etmək imkanı verir.

Duyar-ın məhsul portfeli sulu, quru, köpüklü və qazlı yanğınsöndürmə sistemləri üçün ventillər, klapanlar, avtomatik nəzarət elementləri və istilik-soyutma sistemləri üçün texniki komponentləri əhatə edir. Şirkət eyni zamanda AR-GE-yə davamlı sərmayə yatıraraq məhsul çeşidini və texnoloji səviyyəsini daim təkmilləşdirir.

 

Tesar : Duyar-ın Azərbaycandakı rəsmi distribütoru

 

2023-cü ildən etibarən Tesar, Duyar brendinin Azərbaycandakı rəsmi distribütoru olaraq bu yüksək keyfiyyətli məhsulları yerli bazarda təqdim edir. Tesar, müştərilərinə Duyar məhsullarının satışını həyata keçirməklə yanaşı, düzgün məhsul seçimi və texniki uyğunluq baxımından da dəstək verir.

Bu əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına beynəlxalq standartlara cavab verən yanğın təhlükəsizliyi avadanlıqları çatdırılır və bu da sənaye, yaşayış və kommersiya layihələrində daha təhlükəsiz və dayanıqlı sistemlərin qurulmasına şərait yaradır.

Duyar və Tesar arasında qurulan bu strateji tərəfdaşlıq, güvənə, keyfiyyətə və davamlı inkişafa əsaslanır. Məqsədimiz – müştərilərimizə dünya səviyyəli məhsulları, yerli dəstək və peşəkar yanaşma ilə təqdim etməkdir.